Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


10.05.2024  16:50 

Koordinasiya olarsa, diasporla bağlı effektiv nəticə də olar - Politoloq





A+  A-

“Azərbaycan diasporunun durumunu ümumi olaraq normal qiymətləndirmək olar. Diaspora indiki mövcud vəziyyətlə bağlı, yəni dünyada gedən proseslər fonunda fəaliyyət göstərir”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, kənardan diasporun daxilini, detallarını tam olaraq bilmirik:

“Biz görünən hissədən çıxış edərək deyirik ki, ümumi yanaşmalar və fəaliyyətdə bir normallıq var. Əlbəttə, hər bir qurumda, hər bir sahədə müəyyən problemlər mövcud ola bilər. Bəlkə burada da var. İndi biz daha çox iş görə bilərik. Hesab edirəm ki, diaspor sahəsinə baxan müvafiq dövlət qurumu var və daha çox işlər görə bilər. Amma hər halda müəyyən bir çatışmazlıqlar var ki, fikrimcə, tam olaraq öz həllini tapmayıb. Məsələn, dünya azərbaycanlılarının daha koordinasiyalı işləməsi sahəsində tədbirlər görülə bilər. Eləcə də, təşkil etmək olar ki, xaricdə təhsil alan gənclər elə orada qalıb fəaliyyətlərini davam etdirə bilsinlər. Bundan başqa elə həmvətənimiz var ki, miqrant kimi gedir və orada işləyir və sair. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi daha çox fəaliyyət göstərsə, birgə koordinasiya qurarsa, belə deyək, daha effektiv nəticə əldə oluna bilər. Yəni, biz daha çox nəticə ala bilərik”.

Politoloq qeyd etdi ki, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla daha sıx, mütəşəkkil işləsək dövlət olaraq fəaliyyətimizə dəstək olar:

“Nəzərə almaq lazımdır ki, biz hələ də sülh müqaviləsi imzalamamışıq və bu gün dünyada anti-Azərbaycan meylləri olan dövlətlər və güc mərkəzləri var. Biz onların qarşısında möhkəm durmaq üçün diaspor və lobbi fəaliyyətindən istifadə etməliyik”.

S.Hümbətov bir sıra ölkələrdə diasporumuzun müəyyən bir təsir imkanlarının olduğunu düşünür:

“Amma hər halda bizim edə biləcəyimiz digər önəmli işlərdən biri də başqa ölkənin vətəndaşlığını almış azərbaycanlıların daha yuxarı vəzifələrə keçməsinə və həmin ölkədə Azərbaycanın maraqlarının qorumasına dəstək verməyimizdir. Hesab edirəm ki, bunlar hamısı bizim üçün qarşımızda duran öhdəliklərdir. Müəyyən mənada deyə bilərəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu sahədə çalışır. Nəticənin nə dərəcədə uğurlu olub-olmayacağını zaman göstərəcək. Amma hər halda bizim bu gün çalışmağa daha çox ehtiyacımız var və nəticə ortaya qoymağın da yeganə yolu fəaliyyəti səmərəli qurmaqdır. Bu zaman uğurlu bir nəticə əldə etmək olar. Amma qarşımızda daha çox məsələlər var”.

Bəxtiyar Məmmədli
Diaspora.TV


Xəbər 55274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +