Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


01.06.2017  10:17 

Dolların “qara bazar”da qiyməti dəyişdi





A+  A-

Dollar iyun ayına “qara bazar”da bahalaşma ilə başlayıb.
XəzərNews.az xəbər verir ki, Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən iyun ayının 1-də dolların alışı 1.6800 manatdan 1.6900 manata, satışı isə 1.6900 manatdan 1.6950 manata yüksəlib.

Bununla da “qara bazar”da dollar alqı-satqısı üzrə spred iki həftədən sonra yenidən minimum həddə düşüb- 0,5 qəpik. Qeyd edək ki, sonuncu dəfə belə spred may ayının 18-da qeydə alınmışdı. Adi qaydada isə “dollar alverçiləri” minimum 1 qəpik fərqlə alqı-satqı həyata keçirirlər. Amma “qara bazar”a müraciətlərin kəskin azalması ilə “dollar alverçi”lərini minimum fərqlə ticarət etməyə vadar edib: “Müraciətlər azaldığına görə, daha az qazancla dollar alıb-satmağa məcburuq”.

Dollarla yanaşı, avronun “qara bazar”da satışı nisbətən bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8500 manat olaraq qalıb, satışı isə 1.8900 manatdan 1.9000 manata kimi yüksəlib.



Xəbər 1652 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +