Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


25.10.2020  17:11 

“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin





A+  A-

“ABŞ hərbçilərinin Əfqanıstanda davamlı olması ümumi təhlükəsizlik üçün faydalıdır”.
XəzərNews.az-ın “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında “Moskva.Kreml.Putin” proqramında bildirib.

“İlkin olaraq Əfqanıstanda Amerika qoşunlarının olmasını dəstəkləyirdik, bir vaxtlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə səs verdik. Hələ də amerikalıların Əfqanıstanda olmasının xarici maraqlarımıza zidd olmadığına inanıram.

Əksinə, ABŞ-ın hərbi kontingentlərini geri çəkməyə hazırlaşdıqları deyilən zaman , - bəli, rəsmi mövqeyimiz ondan ibarət idi ki, bu bir növ əfqan barışığı üçün əlavə şərtlər yarada bilər ,- ancaq şəxsən mən düşünürəm ki, bir çox risklər də yaranır. Birincisi, sabitliyi qorumaq üçün əlavə pul ayırmaq məcburiyyətində qalacağıq. İkincisi, hər şeyə baxmayaraq amerikalıların Əfqanıstanda olması ölkədəki sabitliyə kömək edir və onların getməsi risklər yaradır”, - deyə Putin qeyd edib.

Eyni zamanda, o, iki ölkənin xüsusi xidmət orqanlarının bu istiqamətdə işlərinin davam etdirilməsinə də diqqət çəkib: “Amerikalıların Əfqanıstandakı işləri bizim tərəfimizdən antiterror işi kimi qəbul edilir”.

Xəbər 2030 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +