Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


22.08.2020  12:50 

Bu ölkədə bir günə 70 minə yaxın insan yoluxdu





A+  A-

Hindistanda ötən gün ərzində koronavirusa 69 878 yoluxma faktının qeydə alınması ilə günlük yoluxma sayında rekord qeydə alınıb.
XəzərNews.az xəbər verir ki, Hindistan Səhiyyə və Ailənin Rifahı Nazirliyinin şənbə günü yaydığı məlumata görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 975 min 701-ə çatıb.

Xəstəliyə yoluxanların sayında buna qədər ən böyük gündəlik artım avqustun 20-də qeydə alınıb və 69 652 nəfər təşkil edib. Səhiyyə Nazirliyi avqustun 23-də ölkədə ümumi yoluxma sayının 3 milyonu keçəcəyini təxmin edir.

Ölkədə olan 697 330 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. Ümumilikdə 2 milyon 222 min 577 pasiyent müalicə olunaraq sağalıb.

Ölənlərin sayı isə son 24 saat içində 945 artaraq 55 min 794-ə çatıb.

Xəbər 1978 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +