Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib


01.08.2018  17:03 

İran parlamenti Ruhaniyə bir ay vaxt verdi





A+  A-

İran parlamenti prezident Həsən Ruhaniyə iqtisadi problemlərin aradan qaldırılması istiqamətində hökumətin fəaliyyətinə dair hesabat verməsi üçün bir ay vaxt verib.
XəzərNews.az xəbər verir ki, parlamentin ¼ hissəsindən çoxu bu qərarı dəstəkləyib. Spiker Əli Laricani bildirib ki, 290 deputatdan yalnız 92-si prezindentin hesabat verməsi barədə vəsatət qaldırıblar. Suallara qtisadi komissiya baxdıqdan sonra 80 nəfər öz tələbinin üzərində dayanıb. Laricani onu da qeyd edib ki, ölkə qanunlarına görə, Həsən Ruhani tələbdən sonra 1 ay ərzində parlament qarşısına çıxmalıdır.

Məlumata görə, prezidentdən illərdir davam edən iqtisadi tənəzzül, bank sektorunda sanksiyaların uzadılması, milli valyutanın dəyərinin xarici valyuta ilə müqayisədə kəskin aşağı düşməsii, həmçinin, hökumətin malların və valyutanın qiymətlərinə nəzarət etməyi bacarmaması və işsizliyin səviyyəsinin azalmaması kimi məsələlər üzrə hesabat verməsi tələb edilir.

Xəbər 1601 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +