Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


18.04.2018  11:26 

“Silah istehsalı üçün heç kimdən izn almayacağıq” - Ruhani





A+  A-

“Bütün dünyaya bəyan etmək istəyirik ki, bizə lazım olan istənilən növ silahı istehsal edəcək və ya alacağıq. Biz xarici ölkələrin razılığını gözləmirik və gözləməyəcəyik”.
XəzərNews.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Tehranda çıxışı zamanı söyləyib.

Ruhani əlavə edib ki, İran region ölkələrinə qarşı mehriban qonşuluq siyasəti həyata keçirir və onlardan da eynisini gözləyir.

İran prezidenti qeyd edib ki, problemlərin yeganə həll yolu dialoqdur və Tehran ordunun inkişafı ilə paralel qarşıdurmalara (silahlı-red.) qarşı çıxış edəcək.

Ruhani, həmçinin Yaxın Şərqdəki gərginliyə toxunaraq bəzi ölkələrin terror təşkilatlarını məqsədlərinə çatmaq üçün istifadə etdiklərini vurğulayıb.

Xəbər 1578 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +