Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar
Rövnəq Abdullayev iş kabinetindən narazıdır?
Qarpız və yemişi rahat yeyə bilərsiniz
“Markov Azərbaycan agentidir“ - Zatulindən ŞOK AÇIQLAMALAR
Polis məşhur müğənnini Nardaran pirinə buraxmadı
Xəlilovlar Putini seçdi


30.07.2025  13:28 

“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO





A+  A-

Məlum olduğu kimi, vətəndaşlar günlərdir Bakıda və Abşeron yarımadasında yaranmış su problemindən əziyyət çəkirlər.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Baku TV süjet hazırlayıb.

Sakinlərin sözlərinə görə, artıq 1 aya yaxındır susuz qalıblar: “Bu problem Xırdalanda ancaq bizim MTK-da yaşanır. Gün ərzində sadəcə axşam və səhər saatlarında su gəlir”.

Vətəndaş Səbinə Yusifova bildirib ki, isti yay günlərində işləri çatdırmaq olmur: “İstəyirik problem tezliklə həllini tapsın. Biz bilirik ki, Xırdalanda həmişə su problemi olur, amma bu, “Absheron City”dəki qədər deyil. Digər binalarda problem bu qədər davam etmir”.

Digər sakin Xalidə Mədətzadə də bu vəziyyətdən çox əziyyət çəkdiklərini söyləyib: “Belə yaşaya bilmirik. Evdə körpə uşaq var, bilmirik özləri belə edir, ya necə. Əgər çənlə bağlı problem olsaydı, 6 ildir olardı”.

Məsələ ilə bağlı binanın komendantı bildirib ki, vətəndaşların narazılığının səbəbi suyun səhər və axşam fasilələrlə verilməsidir. Kompleksin su çəni sakinlərin çoxluğu səbəbindən tələbatı ödəyə bilmir. Ona görə də ərazidə yeni su çəninin tikintisi nəzərdə tutulub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu isə qeyd edib ki, Bakı və Abşeron yarımadasında havanın hədsiz isti keçməsi əhalinin suya olan tələbatını artırır: “Bu da mərkəzi anbarlarda su ehtiyatını kəskin azaldıb. Bəzi ərazilərdə suyun fasilələrlə verilməsi təyin olunub”.

Daha ətraflı videomaterialda:



Xəbər 397 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU

01.08.2025  11:25 

Məşhur karaoke klubu bağlandı


BÜTÜN XƏBƏRLƏR +