Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


28.03.2025  13:07 

Ukrayna-Rusiya müharibəsi: Ən çox döyüş burda gedir





A+  A-

Son 24 saat ərzində Ukrayna və Rusiya hərbçiləri arasında 209 hərbi toqquşma qeydə alınıb.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə martın 28-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Donetsk bölgəsi cəbhənin ən isti bölgəsi olaraq qalır. Rusların ən çox hücumu Pokrovski istiqamətində həyata keçiriblər – 68 dəfə.

Rusiya ordusu Liman istiqamətində 32, Toretsk istiqamətində isə 24 dəfə mövqelərini yaxşılaşdırmaq cəhdi edib.

Novopavlovsk istiqamətində (Dnepropetrovsk vilayətinə doğru) 14 döyüş qeydə alınıb.

Xarkov vilayətində müdafiə qüvvələri Kupyansk yaxınlığında (Stepnaya Novoselovka, Zaqryzovo, Petropavlovka, Peschanoye, Novaya Kruglyakovka və Boguslavka istiqamətlərində) işğalçıların 26 hücumunu dəf edib.

Baş Qərargah bildirib ki, Volçansk yaxınlığında bir gündə altı toqquşma baş verib.

Ukrayna Silahlı Qüvvələrinin nəzarəti davam etdirdiyi Rusiya Federasiyasının Kursk vilayətində ruslar 18 hücum cəhdi edib. Onlar öz torpaqlarını təxminən 400 dəfə atəşə tutaraq, 25 idarə olunan aviabomba atıblar.

Xəbər 1843 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +