Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


01.03.2025  23:26 

Söyüdlər məhəlləsində qaz niyə kəsilib?





A+  A-

Fevralın 28-i axşam saat 10-dan etibarən Binəqədi-Xırdalan yolu, Söyüdlər məhəlləsində qaz kəsilib.

XəzərNews.az xəbər verir ki, "Yeni Sabah"ın redaksiyasına müraciət ünvanlayan sakinlər bildirib ki, yerli qaz idarəsini bir neçə dəfə problemdən xəbərdar ediblər. Sakinlərin şikayətinə cavab olaraq deyilib ki, sözügedən qaz xəttinə su dolub.

Lakin idarə əməkdaşları qarlı havanı əsas gətirərək, Azəriqaz-ın hava şəraiti ilə bağlı nəqliyyat vasitələrindən istifadəni məhdudlaşdırdığını deyib. Vətəndaşlar son çarə olaraq öz fərdi avtomobilləri ilə işçiləri gətirsələr də, problem tam həll edilməyib. Sakinlər Azəriqaz-ın məsələyə biganə yanaşmasından gileylənir.

Xəbər 1434 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +