Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


01.05.2017  10:34 

Cahangir Hacıyevin işi yenidən məhkəmədə





A+  A-

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin məhkəmə işi yenidən apellyasiya instansiyasında davam etdiriləcək.
Bakı Apellyasiya Məhkəməsinin dekabrın 9-da keçirilən iclasındakı ilkin qərardan verilən kassasiya şikayətinə 2017-ci il martın 14-də Ali Məhkəmədə baxılıb.

İlk iclasda müdafiə tərəfinin proses tam istintaqla keçirilməsi vəsatəti təmin edilməyib və C.Hacıyevin vəkilləri qərardan şikayət ediblər.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib. Bundan sonra işə baxılması yenidən Bakı Apellyasiya Məhkəməsində davam etdirilib. Artıq növbəti iclas təyin edilib. Proses mayın 5-i hakim Əflatun Qasımovun sədrliyi ilə davam etdiriləcək.

Qeyd edək ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir.

(qafqazinfo.az)

Xəbər 1616 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +