Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


15.02.2024  22:31 

AYNA yeni dayanıqlı maliyyə modeli hazırlayıb -Anar Rzayev





A+  A-

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni dayanıqlı maliyyə modeli hazırlayıb.

Xəzərnews.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, yeni modellə keyfiyyətli xidmət göstərən və keyfiyyətli avtobusları olan daşıyıcılara dövlətin maliyyə dəstəyi genişləndiriləcək.

"Sahibkarlara güzəştlərin, dəstəklərin verilməsi nəzərdə tutulur. Bu da, daşıyıcıya imkan verəcək ki, daha yaxşı avtobuslar alıb, istismara versin. Bu mexanizm tam təsdiq edildikdən sonra geniş təqdimatı keçiriləcək", - A. Rzayev bildirib.

Hazırda Bakı şəhəri üzrə sərnişin daşımalarını həyata keçirən 27 operator mövcuddur, 180 marşrut xətti üzrə 2 min avtobus fəaliyyət göstərir. Paytaxtda avtobusların sayının 2 500-ə çatdırılması nəzərdə tutulur.//Report

Xəbər 4534 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +