Oğlu Kürdə boğulan ata intihar etdi
Diqqət növbəti pontifi seçəcək kardinallara çevrilir
Qəzzada yeni atəşkəs planı təklif olunub
Deputatın oğlundan prezidentə şikayət olundu
Hesablama Palatasının hesabatı müzakirə edilir
Bank kartlarından 31 min 340 manat oğurlanıb
Zurab Tsereteli 92 yaşında vəfat edib
Naziri restoranda qarət etdilər
Azərbaycana PUA ilə narkotik keçirmək istədilər
Kolleclərə yeni təyinatlar olub


12.03.2024  17:40 

Hüseyn Əmrahov həbs edildi





A+  A-

Dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan keçmiş məmura hökm oxunub.

Xəzərnews.az xəbər verir ki, "Nurəddinoğlu" MMC, "Tikinti Təmir RR" MMC və digər 5 şirkətin qanuni təmsilçisi olan Əmrahov Hüseyin Nurəddin oğlu şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xüsusilə külli miqdar təşkil edən 4.148.179,53 manat məbləğində vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınaraq, Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib.

Hüseyn Əmrahov sözügedən şirkətləri adına açaraq 2016-2021-ci illər ərzində bir sıra şəhər və rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərdə qalib gəlib, nəticədə onun vergi borcu yaranıb. 1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş Hüseyn Əmrahov 1994-cü ildən 1998-ci ilə qədər Xaçmaz şəhər uşaq yaradıcılıq mərkəzində bədii rəhbər, 1998-ci ildən 2011-ci ilə kimi Xaçmaz rayon hərbi komissarlığında qeydiyyat və təxsisləşmə üzrə müfəttiş, 2-ci bölmənin əməliyyat müvəkkili və 4-cü bölmənin rəis köməkçisi vəzifələrində işləyib.

2013-cü ildən 2016-cı ilə kimi müxtəlif xarakterli ticarət işləri ilə məşğul olub, təxminən 2016-cı ilin sonu və 2017-ci ilin əvvəlində sözügedən MMC-ləri adına təsis edib. Çalışdığı müddət ərzində vəzifəli şəxslərlə münasibət quraraq, öz şirkətlərinin tenderlərdə və digər aldı-satqı məsələlərdə iştirakına imkan yaradılıb. Bank əməliyyatlarını əsasən özü həyata keçirib. Bu səbəbdən də hesablanmış vergilərlə razılaşdığını, törətdiyi əmələ görə peşman olduğunu deyib.

Məhkəmənin qərar ilə Hüseyn Əmrahov Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 6 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası məhkum olunub.

Xəbər 1033 dəfə oxunub.




22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub

21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib


BÜTÜN XƏBƏRLƏR +