Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


07.08.2023  18:15 

“Parkig mafiyası“ hərəkətə keçdi





A+  A-

Bu gündən etibarən Bakı şəhəri üzrə parklanma qaydalarında yeniliklər tətbiq olunub. Belə ki, artıq vətəndaşlar AzParking mobil tətbiqindən istifadə etməklə parklama üçün online şəkildə ödənişlər edəcəklər. Lakin elə ilk gündən problemlər ortaya çıxıb.

XəzərNews.az Avtosfer.az-a istinadən xəbər verir ki, ekspert Elməddin Muradlı sosial şəbəkə hesabında bu barədə məlumat verib. Ekspert bildirib ki, illərdir qanunsuz olaraq parklanma üçün ödənişlər alan "mafiya" bu gün bir neçə yerdə AzParking əməkdaşlarına hücum edib və onları döyüblər. Belə ki, əlillər və qazilərin adından istifadə edən bu şəxslər əməlli-başlı quldurluq edir. Hesablamalara görə aylıq ən azı 1 milyon manatdan çox gəlir əldə edən bu şəxslər yeni sistemə qarşı çıxaraq qanunsuz yollarla qazandıqları pulları itirmək istəmir. Ən maraqlısı isə bu işdə əlillər və qazilərin adından sui-istifadə hallarıdır. Polis bu şəxslərə qarşı mübarizə aparanda belə əlavə problemlər çıxır. Xüsusi "Whatsapp" qrupu vasitəsilə əlil və qazilər döyüş yoldaşlarının problemi olduğunu və yığışmaq "əmri" verilir. Heç nədən xəbəri olmayan qazilər isə bu işdə alət olduqlarının fərqinə varmırlar.

Ekspert bildirib ki, bu şəxslərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməlidir. Çünki hər ay dövlət büdcəsindən kənar pullar şəxsi cidəblərə gedir.
Yeni sistem isə şəffaflığı təmin etmək üçün yaradılıb. Odur ki, vətəndaşlar nağd olaraq kimlərəsə pul verməməli və bu şəxslərə qarşı mübarizədə aktiv iştirak etməlidir.

Xəbər 1359 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +