Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


31.12.2020  22:49 

DİN “Asan Xidmət”i cərimələdi, məhkəmə qərarı ləğv etdi





A+  A-

Daxili İşlər Nazirliyi “Asan Xidmət”i cərimələyib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsiz şəhər kamerası ilə qeydə alınıb.

Səbail Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı “Asan Xidmət”ə rəsmi sorğu göndərib. Lakin Agentlik nazirliyin bu sorğusuna cavab verməyib.

Buna görə də iki belə halla bağlı “Asan Xidmət” barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokollar tərtib edilib. Lakin protokola mahiyyəti üzrə baxan Səbail rayon məhkəməsi hər iki qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verib.

DİN bu qərardan apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xəbər 1526 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +