İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


04.12.2019  12:23 

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət etdi





A+  A-

Mətbuat Şurası AzTV-nin Rusiyadakı xüsusi müxbiri Zakir Musayevin ermənilər tərəfindən təzyiqə məruz qalması ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, Zakir Musayev Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb. Bununla bağlı Mətbuat Şurasının Rusiya Jurnalistlər İttifaqına müraciəti dərc olunub.

Müraciətdə bildirilir ki, Armavir şəhərində erməni terrorçusu, Böyük Vətən Müharibəsi illərində nasist Almaniyasının təşkil etdiyi legionda Sovet İttifaqına qarşı döyüşmüş Qaregin Njdeyə xatirə lövhəsi qoyularkən bu, yerli ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Z.Musayevin məsələ ilə əlaqədar ötən ay hazırladığı reportaj onun çalışdığı Azərbaycan Televiziyasında yayımlanıb. “Kəskin etirazın nəticə olaraq sözügedən xatirə lövhəsi sökülüb. Z.Musayev isə bununla bağlı yenidən reportaj hazırlayarkən təxminən 50-dək erməni onu mühasirəyə alıb, çəkiliş qrupunun kamerasını sındırıb, jurnalistin komputerini əlindən almağa cəhd göstərib. Aqressiv dəstə hətta polisin xəbərdarlığına da məhəl qoymayıb. Buna görə, söz və ifadə azadlığını boğmağa, jurnalistin peşə fəaliyyətinə zorakı üsullarla mane olmağa yönələn bu hadisə Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində dərin hiddət və təəssüf hissi doğurub.

Şura Rusiya Jurnalistlər İttifaqından xahiş edir ki, oxşar halların gələcəkdə təkrarlanmaması baxımından baş vermiş hadisəyə qanun çərçivəsində layiqli qiymətin verilməsi təmin edilsin:

“Əminik ki, nəinki Rusiyanın, eləcədə dünyanın aparıcı media qurumlarından olan Rusiya Jurnalistlər İttifaqı məsələyə münasibətdə adekvat hüquqi tədbirin seçilməsinə öz dəstəyini əsirgəməyəcəkdir. Sizdən bununla bağlı müvafiq kömək göstərməyinizi xahiş edirik”.

Xəbər 1624 dəfə oxunub.




21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +