Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.05.2018  09:37 

Sərhəddə 3 əcnəbi saxlanıldı





A+  A-

Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla da­vam etdirilir.
XəzərNews.az xəbər verir ki, 2018-ci ilin 15 may tarixində DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azər­­­­­­bay­can ərazisinə gəlmək cəhdinin qarşısı alınmış­dır.

Belə ki, “Şarja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 3 Nepal və­­­təndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron viza­larının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olun­muşdur.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il tə­vəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il tə­vəl­lüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətən­daşı Shah Qasım Alinin adına verilməsi aşkar olunub.

Araşdırma zamanı həmin şəxs­lərin Azərbaycan əra­­­­zisindən tranzit isti­fadə et­mək­lə Avropaya qanunsuz miqrasiya et­mək niyyətində olmalarını göstərən hallar aşkar olunmuşdur. Belə ki, Ne­pal vətəndaşlarının Azərbaycan Respubli­ka­sının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə et­mə­­ləri, Bakıya turizm məqsədilə səfər etmə­lərini bildirdikləri halda ge­riyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etmə­mə­ləri müəyyən edil­mişdir.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­­ləri həyata keçirilir.

Xəbər 1447 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +