İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


08.08.2017  13:07 

Damla “narkoman” iddiasına cavab verdi





A+  A-

“O qədər özünüzü ucuzlaşdırırsınız ki, bu yazılar yalnız sizi gözdən salır, məni yox. Həyasızca yazdığınız bu yazıya nə ad vermək olar? Siz mənim həyatımı müzakirə etməkdən zövq alırsınız? Deyəsən, elə bu yazını da narkotik qubul etdikdən sonra yazmısınız”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Damla ona qarşı iddia olunan narkoman fikrinə münasibət bildirmək üçün sosial şəbəkədə yazıb. Xəbərin tam qərəzli olduğunu bildirən müğənni bu kimi iddiaların onu gözdən salmaq üçün yazıldığını vurğulayıb: “Hər gün ev üzü görməyən, evdə dincəlməyə 1 saatı olmayan insan necə günlərlə evdə yatıb qala bilər? Hər gün getdiyimiz məkanlardan paylaşılan şəkilləri, videoları görməyəcək qədər şüursuzsunuz? Mənim işimlə bağlı nə problemim olarsa, onun hesabını sizə verməliyəm? 24 saat iş nömrəmiz açıqdır. Siz kimə və hansı nömrəyə yığmısınız? Bu yazını yazan Allahsız, sənə səslənirəm. Evində körpə uşağın, ailən yoxdur? Sən nə haqla ağzına gələni yaza bilərsən? Bəsdi məni gözdən salmağa çalışırsız.

Vallah, billah, mən ulduzluğu, zirvənin ucalığını, məşhurluğu dərk edən insan deyiləm. Çünki hər şeydən uca olan Allahdır. Biz gecə-gündüz yatmadan, dinclik görmədən yollardayıq. O “narkamansan” yazan hallı jurnalist, heç nə demirəm, Allah sizi bildiyi kimi etsin”.

Xatırladaq ki, big.az saytının yazdığı xəbərdə müğənninin yaxın ətrafının iddialarına görə, ifaçı narkotik düşgünü olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qaldığı qeyd olunmuşdu.

Xəbər 1733 dəfə oxunub.




21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +