Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


12.07.2017  13:09 

Bakıda məskunlaşan köçkünlərin Cocuq Mərcanlıya köçü başa çatdı





A+  A-

Bakıda məskunlaşan məcburi köçkünlərin Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçürülməsi başa çatıb.
Bu barədə XəzərNews.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.

X.Zeynalov Bakıdan köçən sonuncu sakinin özü olduğunu bildirib:

“Əslində mən də ilk günlərdə gələcəkdim. Amma qərara əsasən Bakıdakı sakinlərimizin hamısı köçdükdən sonra qayıtdım”.

Kənd rəsmisi indiyə qədər Cocuq Mərcanlıdan ayrı yaşadığı üçün özünü qınayıb:

“Dünəndən kənddəyəm. Gecə o qədər gözəl idi kəndimiz. Sakitlik və rahatlıq hökm sürür. Fikirləşirəm ki, indiyə qədər Bakıda çox nahaq yerə qalmışam. Təmiz hava, su, işıq, hər bir şərait yerində”.

X.Zeynalov deyib ki, yalnız Biləsuvarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi qalıb:

“Biləsuvarda qalan 11 ailə də “Dövlətqaçqınkom”un göstərişilə bu gün ya da sabah köçürüləcək. Bununla da ilkin mərhələ üçün nəzərdə tutulan ailələrin köçürülməsi yekunlaşacaq”.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturuntikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonununCocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

İkinci mərhələdə daha 100 evin tikintisi həyata keçiriləcək.

Xəbər 1665 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +