Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


03.07.2017  15:28 

Lapşinin anası məhkəmədə ifadə verəcək





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən bloqer Alenksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahidlər dindirilib. İclasda şahid qismində məcburi köçkünlər ifadə verib. Onlar Lapşinin Dağlıq Qarabağa səfərini pisləyiblər.

Məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, Rusiya-İsrail vətəndaşı olan blogger Aleksandr Lapşin Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına çağırışlar etməkdə, sərhədi pozmaqda ittiham olunur. A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi.

***

Məhkəmədə məlum olub ki, İsrailin Azərbaycandakı səfirliyi istintaq təcridxanasında Aleksandr Lapşinlə görüşmək üçün məhkəməyə müraciət edib. Məhkəmə səfirliyin müraciətinə müsbət cavab verib. Səfirliyin nümayəndəsi istintaq təcridxanasında Aleksandr Lapşinlə görüşəcək. Proses üzrə əsas şahidlərdən 4 nəfər dindirilməyib. Onlardan biri də Lapşinin anasıdır. O, növbəti iclasda ifadə verəcək.

Xəbər 1390 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +