“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


31.05.2018  18:54 

Zidan gedişinin səbəbini açıqladı





A+  A-

Zinəddin Zidan "Real"dan istefa verməsinin səbəbini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, 45 yaşlı mütəxəssis dəyişikliyə ehtiyac duyduğu üçün bu addımı atdığını deyib:

"Qərarımı bəzi insanlar başa düşməyə bilər. Amma burda başa düşülməyən heç nə yoxdur. Klubun uğurlar qazanması üçün dəyişikliyə ehtiyac var idi. Mən də buna görə istefa verdim. Futbolçular da qərarıma hörmətlə yanaşdılar və mənə uğurlar arzu etdilər. Həyatımın sonuna qədər "Real"a yaxın olacam. Bu klub mənə hər şeyi verdi".

Klub prezidenti Florentio Peres Zidanın bu qərarına hazır olmadıqlarını dilə gətirib:

"Zinəddin Zidandan ayrılıq qərarını gözləmirdik. Bu vəziyyətə heç hazır deyildik. Zidan hər zaman örnək insan olub. "Əlvida" demək əvəzinə, "Tezliklə görüşərik" deyirəm. Onun qayıdacağına şübhəm yoxdur".

45 yaşlı fransalı mütəxəssis Peresin açıqlamasından sonra geri dönə biləcəyini vurğulayıb:

"Mən də prezidentimə "Tezliklə görüşərik" deyə bilərəm. İki ildən sonra düzgün qərar verdiyimi düşünürəm. Azarkeşlərə də təşəkkür edirəm. Yeni mövsümdə baş məşqçilik etməyəcəm. Özümə klub axtarmıram. Komandada daxili yorğunluq var idi. Güc gündən-günə tükənirdi. Qalsaydım, uğurlar əldə edə bilməyəcəkdim. Ona görə də ayrılıq qərarı verdim. Üzgün olmağa ehtiyac yoxdur, gözəl gündür. Burada hər kəslə gözəl münasibətim davam edəcək".

Zidan “Real”ı 2016-cı ildən çalışdırır. "Kral klubu" onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya La Liqası, bir dəfə İspaniya Super kubokunun qalibi olub.

Xəbər 1350 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +