Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


08.02.2024  12:14 

Bu tələbələrin diplomları niyə tanınmayıb?





A+  A-

Yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 186, Rusiya Federasiyasından 171, Türkiyə Respublikasından 149, Gürcüstandan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliyadan 13, Macaristandan 7, Polşadan 7, Amerika Birləşmiş Ştatlarından 4, İsveçdən 4, Qırğızıstan Respublikasından 4, Çin Xalq Respublikasından 3, Fransadan 3, Qazaxıstan Respublikasından 3, Belarus Respublikasından 2, Əlcəzairdən 2, Almaniyadan 1, Belçikadan 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistandan 1, Estoniyadan 1, İspaniyadan 1, Kiprdən 1, Litvadan 1, Malavidən 1, Pakistan İslam Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınmışdır.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil etmişdir.


Xəbər 1192 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +