Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.12.2023  07:22 

Laçının Zabux kəndinə növbəti köçü reallaşıb -Fotolar





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.

Xəzərnews.az xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 13 ailə (52 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.

Köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər), Lənkəran rayonundan – 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər).

Ümumilikdə bu dəfə kəndə 25 ailə - 92 nəfər köçürülür. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (567 nəfər) köçürülüb.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar./Report



















Xəbər 1184 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +