Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


14.11.2023  14:04 

Deputat təhsili tənqid etdi, sədr tikilən binalardan danışdı





A+  A-

“Ölkədə kölgə təhsili, repetitorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur”.

Xəzərnews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq:

“Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Hər il büdcəsi artan təhsil beləmi olmalıdır? Əlavə olaraq, bağça və məktəbəqədər təhsilə rayonlarda pul ayrılmır. Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə elə vəsait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir?! Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?”

Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə irad bildirib: “Yaxşı ki, söz demək üçün reqlament 15 dəqiqə verməmişik. Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Axı belə deyil. Heç olmasa, tikilən yeni binalardan deyin, islahatlardan danışın. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar 1 ilə, 2 ilə nəticə verə bilməz”.

Xəbər 930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +