Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


20.09.2021  16:16 

Cəlilabadın tarixi 5 deyil, 7 min ildən artıq tarixə malikdir





A+  A-

Cəlilabadın Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə yaşayış məskənində arxeoloqların apardığı qazıntılar ilk gündən öz bəhrəsini verib. Burada Son tunc - Erkən dəmir dövrünə aid nekropol aşkarlanıb, 10-a yaxın qəbir və onlarla maddi-məişət əşyaları qeydə alınıb. Qazıntı işləri davam edir.

XəzərNews.az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun göstərişi ilə Cəlilabada ezam olunmuş arxeoloqlar artıq iki gündür rayonun Çəmənli kəndi ərazisindəki Xudutəpə qədim yaşayış məskənində qazıntı işləri aparırlar. Təxminən 4 hektara yaxın sahəsi olan Xudutəpə Azərbaycan ərazisindəki qədim təpə yaşayış məskənlərindən biridir.

Arxeoloji ekspedisiyanın rəhbəri Anar Ağalarzadə bildirib ki, hazırda qazıntılar qəbiristanlıq hissədə aparılır. Bundan sonra yaşayış məskənləri də tədqiq olunacaq. Ümumilikdə bölgənin həm yaşayış tərzi, həm də dəfn adətləri araşdırılacaq.

Ekspedisiya üzvlərinin sözlərinə görə, ərazidə aşkarlanan materialların dəqiq laborator analizlərini aparmaqla, tarixi faktları üzə çıxarmaq və qənaətə gəlmək mümkün olacaq.

Aşkarlanan qəbirlərdən birində tədqiqat aparan antropoloq Dmitriy Kriçenko deyib: “Ola bilsin ki, burada insan bükülü vəziyyətdə dəfn olunub. Biz ayaq sümüklərini gördük. Yəqin ki, kişi olub. Bunu onun boyu, patologiyası ilə dəqiq öyrənə biləcəyik”.

Qırx ilə yaxındır ki, yaşadığı bölgənin arxeoloji tədqiqatı ilə məşğul olan tarixçi Rza müəllim deyir ki, aşkarlanan iki gümüş puldan biri Xudutəpədən – şumun içərisindən tapılıb.

“Buradan hətta 7 min il tarixi olan qısa kəsici alət də tapmışıq. Bu tapıntı mezeolit dövrünə gedib çıxır. Onu göstərir ki, Cəlilabadın tarixi heç də 5 min il deyil. Əliköməktəpədə göstərildiyi kimi, 7 min ildən artıq tarixə malikdir. Ona görə də bu təpənin böyük əhəmiyyəti var”.

Qeyd edək ki, abidəyə ilk elmi rəyi 1992-ci ildə mərhum arxeoloq Fərman Mahmudov verib. Onun köməkliyi ilə abidə respublika əhəmiyyətli abidələr sırasına daxil edilib. Hazırda cənub ekspedisiyasının Xudutəpədə apardığı qazıntılar yerli tarixçilərin də maraq dairəsindədir.

Xəbər 1738 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +