Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


15.09.2017  17:08 

AZƏRTAC “Microsoft”la əməkdaşlıq edəcək





A+  A-

AzərTac və “Microsoft” şirkəti lisenziyalı proqram təminatlarının təşviqi, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, informasiya təhlükəsizliyi, birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.
XəzərNews.az xəbər verir ki, bununla bağlı məsələlər AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun “Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov, “Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov və qurumun biznesin inkişafı üzrə meneceri Kənan Axundov ilə görüşündə müzakirə olunub.

AzərTac-ın öz fəaliyyətində texnoloji innovasiyaların və müasir informasiya təminatı həllərinin tətbiqinə böyük önəm verdiyini vurğulayan Aslan Aslanov agentliyin bu istiqamətdə dünyanın aparıcı KİV-ləri ilə əməkdaşlıq etdiyini deyib. Baş direktor agentliyin “Microsoft Azərbaycan” şirkəti ilə sıx əlaqələrin qurulmasına, informasiyanın qorunması, lisenziyalı proqramların istifadəsinin cəmiyyətdə təşviqi və bununla bağlı informasiya dəstəyinin verilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu qeyd edib.

“Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov təmsil etdiyi qurumun Azərbaycanda hazırkı fəaliyyəti və görüləcək işlər barədə məlumat verərək AZƏRTAC ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.

Xəbər 1400 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +