Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


14.09.2017  13:08 

Nəticələr açıqlandı





A+  A-

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb.
XəzərNews.az-a daxil olan məlumata görə, bu mərhələdə 933 nəfər müəllim olmaq hüququ qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 nəfər müəllim bu mərhələdə iş yerini dəyişib.

Müsahibədən uğurla keçərək müəllim adını qazanan namizədlər sentyabrın 15-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilir.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsi üzrə 4454 nəfər müəllim adını qazanıb.

Ötən və cari tədris ilində keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müvafiq keçid balını toplamış şəxslər barədə məlumatlar rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi saytında yerləşdirilib. Ümumi təhsil müəssisələrində boş qalan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul zamanı bal ardıcıllığı nəzərə alınmaqla həmin məlumatlardan istifadə olunması nəzərdə tutulub.



Xəbər 1525 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +