Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


23.05.2018  12:37 

Azərbaycan diasporu Ukraynada “Avropa günü”nə qoşuldu - Fotolar





A+  A-

Ukraynanın şimal-qərbində yerləşən Jitomir şəhərində “Avropa günü” qeyd olunur. Şəhərin Mixaylov küçəsində “Avropaya səyahət et!” adlı orijinal foto ərazi təşkil olunub. Arzu edənlər bu tədbirdə milli və orijinal geyimlər geyinmiş Avropa Birliyi ölkələrinin “nümayəndələri” ilə fotolar çəkdirə bilərlər.
XəzərNews.az xəbər verir ki, tədbirdə Azərbaycanı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir təşkilatı təmsil edir. Təşkilatın sədri Rac Qasımovun təşəbbüsü ilə qurulan Azərbaycana aid stend sakinləri və şəhərin qonaqlarının xüsusi marağına səbəb olub. Azərbaycan stendi nəinki böyük sayda ədəbiyyat, rəngarəng milli musiqi alətləri, o cümlədən dadlı kulinariya məhsulları – paxlava, şəkərbura, mutaki və s. məhsullarla hamını özünə cəlb edib.
“Avropa günü” çərçivəsində şəhərin mərkəzi meydanından Jitomirdə yaşayan milli azlıqlar bayraqları və sədrlərinin iştirakı ilə yürüş ediblər. Mixaylovsk səhnəsinə kimi irəliləyən insanlar burada konsertə tamaşa ediblər. Konsertdə başqa-başqa millətləri təmsil edən istedadlı gənclərin çıxışları olub. Azərbaycan diasporu adından yaşının az olmasına baxmayaraq Xalidə adlı xanım çıxış edib. “Mən günəş olacağam” mahnısı ilə çıxış edən Xalidənin ifası tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir təşkilatının sədri Rac Qasımov isə hamını bayram münasibətilə təbrik edib, bütün ölkələrə, onların sakinlərinə çiçəklənmə, sülh və əmin-amanlıq arzulayıb.






Xəbər 2219 dəfə oxunub.



26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +