Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib


09.10.2017  14:25 

Azərbaycanda quberniyalar yaradıla bilər





A+  A-

Bir neçə il bundan qabaq Azərbaycanda rayonların ləğv edilərək yerində quberniyalar yaradılması təklif olunmuşdu.
Hazırda Azərbaycanda quberniyaların yaradılması gündəmə gələ bilərmi?
Quberniyaların yaradılması bizə nə verə bilər?

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, quberniyanın yaradılması idarəetmə sistemindən asılıdır.

“Tarixən ayrı-ayrı ölkələrin timsalında quberniyalara rast gəlinib. İcra strukturlarında dəyişiklik olarsa, quberniyalar yaradıla bilər. Çünki Azərbaycanda quberniyaların yaradılması idarəetmə sistemindən asılıdır.

Azərbaycan müstəqil, konstitusion ölkədir. Əgər gələcəkdə idarəetmə strukturunda mühüm dəyişikliklər olarsa, birləşmələr effektiv nəticə verərsə, rayonların birləşməsi zamanı quberniya, ya da mahal yaradılması dövlət tərəfindən dəstəklənərsə, səmərəli işə getmək olar”.

Deputat deyir ki, əslində, quberniyaların yaradılması ideyası çox yaxşı haldır.

“Cənab prezident həmişə çıxışlarında deyir ki, regionlarda inkişaf getməlidir, insanlara daha yaxın olmaq lazımdır, kəndlər, şəhərlər, qəsəbələr inkişaf etməlidir. Əgər yerlərdə inkişaf gedirsə, birləşmələrə ehtiyac yoxdur. Bunun effektivliyi əsasdır. Məsələn, bələdiyyələr yarananda bəlli oldu ki, bu qədər sayda bələdiyyələrin mövcudluğu səmərə vermir.

Ona görə də 1100-ə yaxın bələdiyyə birləşdi. Bu da səmərəsini verdi. Çünki kiçik bələdiyyə iş icra edə bilmirdi. Bu gün bəzi rayonlar iqtisadi gücünü qura bilmirsə, gəlir gətirə bilmirsə, gələcəkdə onların böyük rayonla birləşməsi zərurətə çevriləcək. Çünki respublikada kiçik rayonlar var”.

T. Rzayev quberniyaların yaradılmasından danışarkən bildirib ki, elmi əsaslandırmanın zəruriliyi nəzərə alınmalıdır.

“İndiki halda, quberniyaların səmərəsini düşünmək lazımdır. Birdən-birə deyək ki, Rusiyada quberniyalar mövcuddur biz də buna gedək, bu düz olmaz. Buna gözübağlı getmək xaos yarada, insanları narazı sala bilər.

Ona görə də öncə işin iqtisadi tərəflərini düşünmək lazımdır. O zaman quberniyaların yaradılmasına getmək olar. Əsas məsələ bunun xalq tərəfindən dəstək ala bilməsi və gələcək fəaliyyətinin necə qurulmasıdır. Çünki quberniyaların nə verə bilməsi elmi cəhətdən əsaslandırılmalıdır. Əgər əsaslandırılsa bu yaxşı olar”.

(modern.az)


Xəbər 1802 dəfə oxunub.



26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +