Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


21.04.2017  10:36 

Qəzalı binalarda yaşayan köçkünlər üçün yeni binalar tikilir





A+  A-

“Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyətinin prioritetidir və onun sədrliyi ilə keçirilən ilk müşavirənin bu problemə həsr olunması bunun əyani sübutudur”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında qurumun sədri, baş nazirin müavini Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, bu il məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır: "Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də yaxın vaxtlarda öz həllini tapacaq, ilk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək. Yeni binalar tikilir, eyni zamanda vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək. Artıq bu istiqamətdə işlərə başlanıb, bunlarla bağlı hərtərəfli müzakirələr aparılır. İlkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli bina inşa olunur. Prezidentin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir. Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır. Hazırda kənddə aparılan bərpa işləri, dövlət başçısının müvafiq sərəncamına uyğun kəndə yol çəkilişi, həmçinin Şuşa məscidinə oxşar məscidin tikintisi və digər işlər prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir”.

Xəbər 1946 dəfə oxunub.



26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +