Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


09.05.2019  10:21 

Şimali Kiprdə hökumət istefaya getdi





A+  A-

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) ard-arda istefalar olub.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Xalq Partiyasının (HP) rəhbəri, baş nazirin müavini və xarici işlər naziri Kudret Özersay hökumətdən çəkildiklərini bəyan edib. Ondan əvvəl isə maliyyə naziri Sərdar Denktaş istefa qərarını açıqlamışdı.

Bu istefaların ardınca Şimali Kiprin baş naziri və Cümhuriyyətçi Türk Partiyası rəhbəri Tufan Erhürman da hökumətdən çəkilib. Erhürman hökumətin istefa qərarını sabah prezident Mustafa Akıncıya təqdim edəcəyini deyib:

“İstefa qərarımdan sonra cənab prezidentlə görüşdüm. Ölkəmizin bir an əvvəl stabilliyə ehtiyac duyduğu bu dönəmdə yeni hökumətin qurulması işlərinə gecikmədən başlanılması üçün sabah istefa qərarımı təqdim edəcəyəm. Vəzifəm boyunca birlikdə işlədiyim insanlara təşəkkür edirəm. Yeni dövrün ölkəmiz üçün xeyirli olmasını diləyirəm”.

Xəbər 1481 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +