Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


20.01.2018  12:45 

Bir gecədə 1,4 milyard qazandı





A+  A-

"Uber"in qurucusu, sonradan vəzifəsindən istefa verən Travis Kalaniç şirkətin ona məxsus olan səhmlərinin 30 faizini satıb.
XəzərNews.az xəbər verir ki, səhmləri Yaponiyaya məxsus "SoftBank" satın alıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar artıq yekunlaşıb. Kalaniç bu satışdan 1.4 milyard dollar qazanıb. Onun şəxsi sərvəti bu satışla 4,24 milyard dollara yüksəlib.

Anlaşmadan sonra "Uber"in səhmlərinin 15 faizinə sahib olan "SoftBank" şirkətin ən böyük səhmdarı olub. Kalaniçdə qalan səhmlər isə "Uber"in ümumi səhmlərinin 6 faizidir.

"SoftBank" son vaxtlar texnologiya dünyasının ən iddialı şirkətlərinə və layihələrinə böyük yatırımları ilə diqqəti çəkir. Yaponlar "Uber"in Çin variantı olan "Didi Chuxing", cəmçinin CAR-dakı "Grab" və Hindistandakı "Ola" taksi şirkətlərinə də böyük yatırım edib.

"SoftBank" ötən il 93 milyard dollarlıq bir texnologiya yatırım fondu qurub və böyüklü-kiçikli texnologiya şirkətlərinə böyük yatırımlar qoymağa başlayıb. Digər texnologiya nəhəngləri və dövlət fondlarının iştirakı ilə qurulan "Vision Fund" süni intlekt, robot və cihazların istehsalına yatırım edir.

İngiltərədə "ARM Holdings", ABŞ-da GSM operatoru "Sprint" və "Amazon"un çinli rəqibi "Alibaba" "SoftBank"ın yatırım qoyduğu digər şirkətlərdir.

Xəbər 1665 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +