Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


20.04.2017  12:04 

“Barak Obama bizi aldatdı” - Türkiyə prezidenti





A+  A-

“Təəssüf ki, “PYD” və “YPG” (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları – “Report”) məsələsində Barak Obama bizi aldatdı”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Al- Jazeera” televiziyasına müsahibəsində bildirib.
O, bu məsələdə Ağ evin hazırki rəhbərliyinə güvəndiyini söyləyib: “ABŞ-ın indiki hakimiyyətinin eyni işi təkrarlayacağını ehtimal etmirəm”.
“Telefon danışığınızda Donald Tramp ABŞ-ın PKK, YPG və PYD ilə bağlı siyasətinin dəyişdirəcəyi haqqında söz verdimi” sualını Rəcəb Tayyib Ərdoğan belə cavablandırıb: “Əslində, terror qruplaşmalarına qarşı birgə fəaliyyət göstərməyimizi söyləmişdilər. Yeni görüşlərimizdə artıq bunun detallarını üz-üzə müzakirə edəcəyik. Təbii ki bir çox məlumatları onlara təqdim edəcəyik. Əvvəllər PKK ilə bağlı məsələlərdə əlaqələrimiz olub. Obamanın hakimiyyəti dönəmində də əlaqələrimiz mövcud idi. Ancaq təəssüf ki, Obama hakimiyyəti PYD və YPG məsələsində bizi aldatdı” .
R.T.Ərdoğan Trampın hakimiyyətinə ümidlər bəslədiyini vurğulayaraq, telefon danışığı zamanı ABŞ prezidentinin dediklərinin xatırladıb: “Tramp “sizinlə çox önəmli işlər görəcəyik” söylədi”.

Xəbər 2044 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +