Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı


11.10.2024  16:00 

Sivil sülh formulunun axtarışı - Alptekin Cihangir İşbilirdən “Çıxış Yolu“





A+  A-

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, müəllifi olduğu "Çıxış Yolu" kitabını nəşr etdiyini açıqlayıb.

Xəzərnews.az xəbər verir ki, A.C.İşbilir, bu araşdırmanın geosiyasi transformasiyanın qanlı nöqtələri olan Suriya və Yəmən hadisələrindən başlayaraq, İslam dünyası üçün sivil sülh formulunun axtarışına və bu dilemmadan çıxış yolunun tapılmasına töhfə vermək məqsədini güddüyünü bildirib.

"Bu işi son 20 ildə araşdırdıq və dostlarımızın və tələbələrimizin dəstəyi ilə ərsəyə gətirdik," deyə müşavir, kitabın hazırlanmasında əməkdaşlarına təşəkkür edərək vurğulayıb.

A.C.İşbilir, Divan Araşdırma və Təhsil Dərnəyinin sədri cənab Sinan Çelikkola, Ərzurum Böyükşəhər Bələdiyyə Başçısı cənab Mehmet Sekmenə, EBB Mədəniyyət İdarəsinin rəisi cənab Ergün Engin və digər həmkarlarına Akademiyalarımıza verdikləri dəyər və əhəmiyyətə görə təşəkkür edib.

Kitabın ön sözünü Bakıda yazdığını qeyd edən Alptekin Cihangir İşbilir, artıq Azərbaycan və Türkiyə üçün yeni əsərlər yazmağa başladığını vurğulayıb.

Bu kitabın İslam dünyasının sülh axtarışına dair mühüm bir töhfə olduğu düşünülür və Alptekin Cihangir İşbilir, bu sahədəki tədqiqatlarını davam etdirəcəyini bildirib.

Kitabın nəşri, geosiyasi məsələlərə dair müzakirələri canlandırmaq və yeni perspektivlər təqdim etmək məqsədini güdür.

Nərmin
XəzərNews.az


Xəbər 4403 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +