İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


25.11.2022  12:09 

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ





A+  A-

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq.

XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun gündən-günə aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir. Qeyd edək ki, havanın temperaturu iqlim normasından 7° yüksəkdir.

Azərbaycanın rayonlarında noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var. Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər 888 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +