İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


30.01.2022  11:42 

Murad Dadaşovun Kardaşyan TUTQUSU – FOTO





A+  A-

Xəzər TV-nin prezidenti Murad Dadaşov qalmaqallı davranışı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb.

Murad Dadaşovun erməni əsilli amerikalı fotomodel Kim Kardaşyanın bacısı Keylinin sosial şəbəkədə etdiyi paylaşımı bəyənməsi və onun təqibçisi olması Xəzər TV rəhbərinə yönəlik əsaslı suallar doğurub.

Əslində, erməni təəssübkeşliyini hər imkanda nümayiş etdirən, Qarabağdakı separatçılara maddi-mənəvi dəstəyini heç vaxt əsirgəməyən Kim Kardaşyanın və bacılarının paylaşımlarını bəyənmək, sosial şəbəkələrdə onları təqib etmək bəlkə də qəbahət deyil.

Bu maraq hansısa sıravi insana məxsus olsaydı, yəqin ki bir "like” ətrafında belə müzakirənin açılmasına ehtiyac qalmazdı. Amma söhbət ictimai statusu olan, ölkədə fəaliyyət göstərən populyar telekanallardan birinin rəhbərinin erməni simpatiyasından gedirsə, bu, üzərindən sükutla keçiləcək durum deyil.

Xatırlatmaq yerinə düşər ki, məşhur "şən və hazırcavab oğlan”ın Xəzər TV-nin rəhbərliyinə gətirilməsinin əsas şərtlərindən biri onun telekanalda milli dəyərlərin təbliğinə xüsusi yer ayırması, veriliş və layihələrdə bu amili nəzərə almasının vacibliyi olub.

Lakin göründüyü kimi, Murad Dadaşovun "tolerantlığı” Kardaşyanın ailə üzvünün paylaşımını bəyənmək və onun təqibçisi olmaq qədər dərinə nüfuz edib. Təbii, Murad Dadaşov və onun dəstəkçiləri Kardaşyanın paylaşımını bəyənməyin günah olmadığını "əsaslandırmağa”, hətta onu qınayanları haqsız çıxarmağa uğursuz cəhd göstərəcəklər.

Ancaq qoyulan sual öz aktuallığını saxlayır: Murad Dadaşovun erməni simpatiyası haradan qaynaqlanır?/Yenicag.az



Xəbər 1420 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +