İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


19.09.2021  14:16 

Qanunsuz sərnişin daşıyanlar cərimələndi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsinə qarşı monitorinq keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə,Monitorinq zamanı ölkənin qərb rayon və şəhərlərindən paytaxt Bakıya eləcə də respublikanın digər şəhər və rayonlarına tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımaları aşkar edilib.

Polis əməkdaşları vətəndaşlar ilə bir daha profilaktiki söhbətlər apararaq onlara mövcud qanunların tələblərini izah edib. Aşkar edilən faktlar üzrə 16 nəfər şəxs barəsində inzibati protokol tərtib edilib.

Xəbər 2086 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +