İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


17.09.2021  16:52 

“Hədəf bu sayı daha da artırmaqdır” - Sahil Babayev





A+  A-

“Əmək müqaviləsi bağlananlar arasında əlilliyi olan şəxslərin sayı təqribən 70 mindir, son üç ildə bu istiqamətdə 2 dəfədən çox artım olsa da, hədəf bu sayı daha da artırmaqdır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Forumda bildirib.

Nazir əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması üçün işəgötürənlərin dəstəyinin və digər dəstək alətlərinin çoxaldılmasının, habelə peşə-əmək reabilitasiyasının önəmini qeyd edib.

Bildirib ki, əlilliyi olan şəxslərin müxtəlif peşə-ixtisaslara malik olmaları onların əmək bazarına çıxış, məşğulluq imkanlarının da artmasını şərtləndirir.

Hazırda Nazirliyin Bakının Ramana qəsəbəsində Peşə-Əmək Reabilitasiya Mərkəzinin uğurla fəaliyyət göstərdiyini deyən S.Babayev bildirib ki, əlilliyi olan şəxslər həmin mərkəzdə təlimlər keçərək yeni peşələrə, bacarıqlara yiyələnirlər:

“Elə bu Forumda iştirak edən bir sıra əlilliyi olan şəxslər də orada təlim kursu keçiblər. Əsas hədəflərdən biri odur ki, ölkəmizin hər bir regionunda belə peşə reabilitasiya mərkəzləri yaradılsın. Bu mərkəzlər əlilliyi olan şəxslərin əmək bazarına, əmək münasibətlərinə çıxışına, məşğulluğunun təminatına dəstək olacaq”.

Nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Əhali Fondunun birgə icra etdiyi layihə çərçivəsində Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbinin fəaliyyətini qeyd edib.

Bildirib ki, İnklüziv İncəsənət Məktəbi 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərir. Bu seqment də genişlənəcək, hər bir DOST mərkəzində bu sahə üzrə infrastruktur yaradılacaq.



Xəbər 2065 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +