İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


08.12.2020  09:45 

Daha bir ölkədə karantin tədbirləri sərtləşdirildi





A+  A-

Çili hökuməti koronavirusa yoluxma hallarının sayının artması səbəbindən ölkə paytaxtının bütün bölgələrində karantin tədbirlərini yenidən sərtləşdirməyə qərar verib.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Çili Səhiyyə Nazirliyi bildirib.

“Dekabr ayının 10-dan başlayaraq paytaxt dairəsinin bütün kommunaları keçid mərhələsinə keçir”, - məlumatda deyilir.

Bu o deməkdir ki, Santyaqo sakinləri yenidən həftəsonu icazə almadan evdən çıxa bilməyəcəklər. Həftəiçi günlərdə komendant saatından (00:00-dan 05:00-dək) kənar şəhərlilərin küçəyə çıxmağına və işə getmələrinə icazə veriləcək.

Səhiyyə naziri Enrike Paris bildirib ki, son sutka ərzində paytaxt regionunda aşkarlanan yeni yoluxma hallarının sayı 18% artıb. “Sakinlərin sayını nəzərə alaraq, bu bizi ciddi narahat edən çox yüksək göstəricidir”, - deyə o bildirib.

Santyaqoda ilk sərt karantin mayın ortalarında tətbiq edilmiş, iyul ayından isə tədricən yumşaldılmağa başladılmışdı.

Çilidə koronavirusa ilk yoluxma halı martın 3-də qeydə alınıb. İndiyədək 562 mindən çox insan bu virusa yoluxub, 15 mindən çox pasiyent dünyasını dəyişib. Noyabrın 23-dən Çili əcnəbilər üçün sərhədləri açıb.



Xəbər 2184 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +