İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


20.05.2020  14:32 

Akademik borcu olan tələbələrə təkrar imtahan şansı veriləcək





A+  A-

“Bu semestrdə akademik borcu yaranmış tələbələr ödənişsiz və limitsiz olaraq bütün fənlərdən imtahan verə bilər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov mətbuat konfransında deyib. Sektor müdiri bildirib ki, əvvəllər hər hansı tələbəyə yalnız iki fəndən təkrar iştirak etmək şansı yaradılırdı:

“Tələbə ənənəvi qaydada növbəti semestr başlayana kimi maksimum iki fəndən imtahanda iştirak edə bilərdi. İndi yeni qərarlara əsasən bu şərt aradan qaldırılıb. Məsələn, tələbə 3,4 və ya daha çox fənlərdən də imtahan verə bilər.

Bundan başqa, aşağı kursdan da kəsri olan tələbələr də imtahan verə bilər. Ancaq bu zaman limit var və maksimum iki fəndən imtahan verilə bilər. Bu şərait tələbələrə sentyabr ayının 15-nə kimi yaradılıb”.

Yaşar Ömərovun sözlərinə görə, tələbələrə imtahan sessiyasında da müəyyən güzəştlər olunub:

“Əgər tələbə imtahan sessiyasına özünü hazır hesab etmirsə, bu halda da həmin tələbələr üçün onların müraciəti əsasında 2-3 həftəlik icmal dərsləri təşkil oluna bilər”.

Xəbər 1440 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +