İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


08.02.2018  16:34 

“Saakaşvili Gürcüstana ekstradisiya edilə bilər“





A+  A-

Ukraynanın baş prokuroru Yuriy Lutsenko Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilini Gürcüstana təhvil vermək istəmədiyini etiraf edib.
XəzərNews.az xəbər verir ki, "TSN" kanalına müsahibəsində Lutsenko deyib: "Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə ölkə tərəfindən siyasi sığınacaq verilməsə, siyasətçi könüllü və ya məcburi surətdə Ukraynadan digər dövlətə göndəriləcək".

Baş prokuror deyib: "Əgər məhkəmə qərar çıxarsa ki, Saakaşvilinin Ukraynadan siyasi sığınacaq almağa haqqı yoxdur, onun bu zaman bir neçə variantı ola bilər. Birincisi, könüllü surətdə seçdiyi ölkəyə qayıtmaq, məsələn ailəsinin yaşadığı Hollandiyaya. Hollandiya da Saakaşvilini ailəsini bərpa etmə proseduru üzrə qəbul etməyə hazırdır. İkinci imkan, könüllü və ya məcburi surətdə digər ölkəyə deportasiya edilməkdir. Bu ölkələrdən biri Ukrayna sərhədini qanunsuz şəkildə keçdiyi Polşa da ola bilər. Eyni zamanda Gürcüstanın baş prokurorunun tələbi ilə Gürcüstana da ekstradisiya edilə bilər".

Lutsenko qeyd edib ki, bu yaxınlarda Gürcüstanın baş prokuroru ilə görüşüb və prokuror bildirib ki, Saakaşvilinin vətənə ekstradisiyasını istəyir.
Bunun üçün isə uzunmüddətli məhkəmə prosesləri keçirilməlidir"

Xəbər 1282 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +