İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


20.01.2025  10:26 

"Bir ildir maaşımı kəsiblər..." - VİDEO





A+  A-

Vitse-prezidentlik vəzifəsinə 30 illik əziyyətim sayəsində əldə etdiklərimlə karatenin inkişafına təkan vermək üçün gəlmişdim. Ərizə yazaraq istefa verdim. Bu qərarı özüm təkbaşına qəbul etdim.

Bu sözləri "Azərbaycan Milli Karate Federasiyası" İctimai Birliyinin vitse-prezidentlik vəzifəsindən istefa verən beşqat dünya, onbirqat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Baku TV-yə müsahibəsində deyib.

Karate ustası öz qərarında israrlı olduğunu söyləyib:

"Düz qərar vermişəm ki, ayrılıram, kiminsə yerini tutmaq istəmirəm. Ümid edirəm ki, mənim yerimə gələn insan gözəl addımlar atıb, karatenin irəliyə getməsi üçün əlindən gələni edəcək. Mən də bu idmanda əziyyət çəkmişəm, danışsam, çox şey deyərəm. Ancaq müsbət şeylər haqqında danışıram. Hansısa zəng məni qorxutmayıb, heç də peşman deyiləm. Avropada artıq 4-5 ölkə var ki, onlardan cavab gözləyirəm. Əgər alınarsa, hansısa bir ölkənin yığma komandasına baş məşqçilik edə bilərəm. Hələ ki düşünürəm".

Vitse-prezidentlik dövründə cəmi bir dəfə iclasa çağırıldığını bildirən Rafael Ağayev bir ildir maaşının kəsildiyini qeyd edib:

"Məni bir dəfə iclasa çağırıblar. Zəng edərək atamın xəstə olduğunu, bu səbəbdən iştirak edə bilməyəcəyimi dedim. Bundan başqa məni heç bir iclasa dəvət etməyiblər. Olduğu kimi danışıram. Mən çox şeyi gizlədirəm, yaxşı şeyləri deyirəm. Əgər İctimai Birliyin vitse-prezidentiyəmsə, maaşım bir ildir niyə kəsilib? Deyəcəklər ki, Rafael yenə pula görə dalaşır. Mən Federasiyadan bunun səbəbini soruşanda deyirlər, nazirlikdən belə qərar verilib ki, sənin maaşın kəsilsin".

Ətraflı süjetdə:



Xəbər 1922 dəfə oxunub.



01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +