Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


30.12.2023  10:41 

“Sülhməramlıların bölgədə 5 il qalması nəzərdə tutulur” - Qaluzin





A+  A-

Moskva Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycana məxsus kimi tanımaq qərarından sonra Azərbaycan tərəfi ilə Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri nəzərdən keçirir.

Xəzərnews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində bildirib.

O xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilib.

“Heç kim bu sənədi ləğv etməyib. Sülhməramlılarımızın bölgədə 5 il, yəni 2025-ci ilin noyabrına qədər qalması nəzərdə tutulur”, - deyə o əlavə edib.

“Əlbəttə, 2022-ci ilin oktyabrında Praqa görüşündən başlayaraq Aİ-nin himayəsi altında keçirilən sammitlərdə Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın mülkiyyətini tanıması qərarından sonra “yerdə” vəziyyət kəskin şəkildə dəyişdi. İndi biz sülhməramlıların Qarabağda olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv mühitdə baş verir”, - Qaluzin qeyd edib.



Xəbər 1268 dəfə oxunub.



28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +