Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


03.02.2021  12:43 

Yaralı hərbçilərin tibbi-sosial ekspertizası ilə bağlı açıqlama





A+  A-

“Ötən il əlilliyi olan 11 344 şəxs, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi olan 1 648 şəxs protez-ortopedik bərpa xidməti ilə təmin olunub”.
XəzərNews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdul-Qədirov tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, ümumilikdə əlilliyi olan şəxslərə 35 000 reabilitasiya vasitəsi verilib. Agentlik sədri postmüharibə dövründə də qazilərimizin ehtiyaclarına uyğun reabilitasiya vasitələri, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunduqlarını qeyd edib.

Agentlik sədri əlilliyin qiymətləndirilməsi sahəsində ötən il aparılan işləri diqqətə çatdırıb: “Əlillik təyinatları elektron sistem üzərindən şəffaf şəkildə aparılır. Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində e-texnologiyaların tətbiqi işləri davam edəcək”.

C. Əbdul-Qədirov ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasından da bəhs edib. Nazirlər Kabinetinin Qərarı əsasında yaradılmış komissiya tərəfindən bu sahədə operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə işlər aparıldığını diqqətə çatdırıb.

Xəbər 2231 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +