Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


18.07.2017  13:49 

Narkomanların yaş və cins bölgüsü AÇIQLANDI





A+  A-

Bu ilin ilk yarısında narkotiklərlə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından XəzərNews.az-a verilən məlumata görə, onlardan 3-ü 18 yaşadək, 112-si 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işsiz, 513-ü təkrar cinayət törətmiş şəxs, 1289-u kişi, 20-si qadın, 17 nəfəri isə xarici ölkə vətəndaşıdır.

Hesabat dövründə 432 ha 63,66 sot ərazidən 111 ton 420 kq 868,99 qr (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24056 nəfəri dispanser, 5392 nəfəri profilaktik qeydiyyatdadır. Həmin şəxslərdən 18 yaşa qədər 5 nəfər, 612 nəfər qadın, 183 nəfəri toksikoman, 20576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçisidir. 2016-cı ildə 2142 nəfər yeni qeydiyyata götürülüb, 1249 nəfər isə qeydiyyatdan çıxarılıb.

Xəbər 1362 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +