Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


11.07.2018  12:16 

“Bu fanatizmin qarşısı alınmalıdır”





A+  A-

“Gəncədə baş verən hadisələrdən gəldiyim qənaət budur ki, düşmən qüvvələr Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsiliblər. Amma onlar unudurlar ki, bizim bu sərvətlərimizə uzanan əllər mütləq kəsiləcək. Azərbaycan qanunları qarşısında hər kəs bərabərdir. Bu cinayəti törədənlər Azərbaycan qanunları qarşısında cavab verəcəklər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Xalq Artisti Nurəddin Mehdixanlı söyləyib. “Gəncə Azərbaycanın ürəyi, qədim tarixi şəhəridir. Gəncə və gəncəlilər daim Azərbaycan dövlətçiliyinin yanında olublar və bundan sonra da olacaqlar. Bu, bir qrup radikalın törətdiyi cinayətdir. Gəncə hadisəsi göstərdi ki, ölkəmizi xaosa sürükləməyə çalışan düşmənlərimiz var və biz onlara imkan verməməliyik”, - deyə N.Mehdixanlı vurğulayıb.

Xalq Artisti əlavə edib ki, ətrafımızda baş verən çox ciddi hadisələri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı nəzərə almalıdır. Ölkəmizdə heç bir halda dini fanatizmə yol vermək olmaz. Dini fanatizmin qarşısı amansız şəkildə alınmalıdır. Allah şəhid polislərimizə rəhmət eləsin, yerləri behişt olsun! Onlar Azərbaycanda dini fanatizmə qarşı mübarizədə şəhid olublar. Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətimizin, Prezidentimizin, xalqımızın, bayrağımızın yanındayıq.

Xəbər 1836 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +