“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


10.07.2023  11:17 

Şantaja görə saxlanıldılar





A+  A-

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri Azər Həsənov və Zamin Əmirov saxlanılıblar.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30000 manat pul tələb ediblər. Daha sonra 15000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6100 manat pul alıblar.

Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Sabirabad RPŞ-yə müraciət etmələri xahiş olunur.

Xəbər 1243 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +