“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


20.11.2018  09:03 

ABŞ Çinlə “iqtisadi müharibə”dən 18,4 milyard dollar qazandı





A+  A-

ABŞ bir neçə aydır Çin mallarına tətbiq edilən əlavə vergilərdən 18,4 milyard dollar qazanc əldə edib.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa İqtisadi və Maliyyə Siyasəti Şəbəkəsi (EconPol) məlumat yayıb.

Araşdırmaya görə, ABŞ-ın 25 faizlik əlavə vergi tətbiq etməsi nəticəsində ABŞ-dakı Çin məhsullarının qiyməti 4,5 faiz bahalaşıb, Çin istehsalçılarının məhsulları isə 20,5 faiz ucuzlaşıb.

Nəticədə Çindən ABŞ-a ixrac edilən məhsulların dövriyyəsi 37 faiz azalıb.

Qeyd edək ki, dünyanın iki ən böyük iqtisadiyyatına sahib olan ABŞ və Çin arasındakı ticarət dövriyyəsi 2017-ci ildə 635,5 milyard dollarla rekord qırmışdı.

Xəbər 1790 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +