Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.03.2024  06:07 

Kalle Laanet istefa verib





A+  A-

Estoniyanın ədliyyə naziri Kalle Laanet korrupsiya qalmaqalından sonra istefa verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Estoniyanın “ERR” dövlət televiziya və radio yayımı portalı məlumat yayıb.

Bu hadisəyə səbəb Laanetin nazir vəzifəsində olarkən dövlət pulu ilə ögey oğlunun şirkətindən Tallinndə mənzil kirayələməsi olub. Dövlət onun şirkətinə 12 min avrodan çox kirayə haqqı ödəyib.

Estoniyanın Korrupsiyaya Qarşı Mübarizə Qanununa əsasən, məmurlara qohumları ilə bağlı qərar qəbul etmək və ya hərəkət etmək qadağandır. Bu kontekstdə ögey oğul qohum nəzərdə tutulur.

“Hökumətdə hüquqi aydınlığı və iş sülhünü təmin etmək üçün bu gün qərara gəldim ki, ədliyyə naziri kimi qalmayacağam. İstefa verməyimin digər səbəbi odur ki, yaxınlarım heç bir halda buna layiq olmayan ictimaiyyətin şəxsi hücumlarına məruz qalıblar”, - deyə o qeyd edib.

Estoniya hökumətinin başçısı Kaya Kallas istefanı qəbul edib və Laanetə gördüyü işlərə görə təşəkkür edib.

Xəbər 945 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +