“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


27.07.2018  11:57 

Koçaryanın həbsi gözlənilir: “Məndən qisas alırlar”





A+  A-

Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı “konstitusion quruluşu devirməyə cəhd” maddəsi ilə ittiham irəli sürülüb.
XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 26 iyulda İstintaq Komitəsində ifadə verdikdən sonra şahiddən şübhəli şəxs statusuna keçən sabiq prezident baş verənləri “qisas” adlandırıb.

“Qarabağ hərəkatına, müharibəyə, qələbəyə aidiyyatı olmayan və buna görə natamamlıq kompleksi keçirən şəxslər baş verənlərə əl çalacaq. Baş verənlərin 1 mart hadisələri ilə, 10 nəfərin ölümü ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, siyasi qərar verilib ki, mənim həbsimlə 2-3 məsələ həll olunsun. İlk növbədə, mənim siyasi proseslərdə iştirakımın qarşısı alınır. İkincisi isə 1 mart hadisələrinin üstünün açıldığını elan etmək”.

Robert Koçaryan 2008-ci ildə ordunun müxalifətin mitinqini dağıtmasında iştirak etmədiyini, yalnız Daxili Qoşunların bu proseslərə cəlb olunduğunu da deyib.

Xəbər 1550 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +