Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video


17.12.2021  20:16 

Əliyev İsmayılovla DEBATdan imtina edib





A+  A-

Milli Məclisin müzakirəsinə çıxarılan “Media haqqında” qanun layihəsi ilə bağlı ən çox tənqid səsləndirən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev mövqeyini televiziyada açıq debatda əsaslandırmaq istəməyib.

XəzərNews.az xəbər verir ki, bu haqda Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə genişlənmiş onlayn iclasının gedişində məlum olub.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışı zamanı bildirib ki, layihə ilə bağlı bütün maraqlı tərəflərlə açıq müzakirələrə hazırdır. Amma qarşı tərəf iradlarını açıq debatda əsaslandırmaqdan çəkinir:

“Biz bu qanun layihəsinin müzakirəsi zamanı müxtəlif debatlarda iştirak etmişik. Dünən də “İctimai Televiziya”dan belə bir dəvət aldıq və Mehman Əliyevlə açıq müzakirədə iştirak etməyə razılığımızı bildirdik. Amma sonradan məlum oldu ki, Mehman müəllim məsələnin bu cür debatlarda müzakirəsinə tərəfdar deyil”.

Qeyd edək ki, M.Əliyev debatlardan imtinasını “qanun layihəsi ilə bağlı ümumi strategiyanın olmaması” ilə izah edir.

Xəbər 1557 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +